Sızıntını tapmazsaq heç bir ödəniş almırıq. Evinizdə gizli su sızması var? Su sızma ustası olaraq müasir akustik dinləmə cihazı, termal kamera, endoskop kamera və başqa müasir vasitələrlə sızıntıları dağıtmadan 100% dəqiqliklə təyin edirik. Almaniya və ABŞ istehsalı peşəkar avadanlıqlarımızla su, kanalizasiya və istitmə sistemlərindəki nasazlıqları nöqtəvi aşkarlayırıq. Qiymətlər üçün aşağıda cədvələ baxa bilərsiniz.
Su Sızma Təyini
Su sızması təyini
Su sızma mütəxəsisi sızıntını necə təyin edir?
Diaqnostikanı təyin edən mütəxəssisin bütün sistemlərdən məlumatı olmalıdır ki, gələn siqnalın nədən ola biləcəyini təyin edə bilsin. Əks təqdirdə qonşuya və ya digər otaqlara ziyan vurulur, sızma yeri isə tapılmaz. Sızma əgər kanalizasiya borusundadırsa və çirkab tutulması baş vermişsə, xüsusi avadanlıqla tutulmuş boru açılır, yuyulur və kamera vasitəsi ilə müayinə edilir. Sızma su borusunda baş veribsə amma hazırda xətdə su yoxdursa bu zaman xüsusi vasitələr ilə xəttə su vurularaq təzyiq yaradılır və sızma təyin olunur.
Komandamız tərəfindən Bakıda və Azərbaycanın bütün bölgələrinə xidmət göstərilir. 7/24/365 gün xidmətinizdəyik.
20 illik təcrübəmizlə bütün növ santexnika işləri ilə xidmətinizdəyik.
Xidmətlər və Qiymətlər
Su sızıntısının aparatla tapılması qiyməti?
Su sızma təmiri qiyməti
Santexnik yaxud operatorun avadanlıqsız işə baxış qiyməti
| Xidmət növü | Qiymət (AZN) |
|---|---|
| Su sızma varsa və tapılmırsa | ÖDƏNİŞ EDİLMİR |
| Su sızma yoxdursa | ÖDƏNİŞ EDİLİR |
| Digər ərazi və sahələr | RAZILAŞMA İLƏ |
| Sifariş verdiyiniz əraziyə yaxın olarıqsa | Əlavə ENDİRİM edilir |
| Bina evi, mənzil müayinə | 80 AZN |
| Villa müayinə | 100 AZN |
| Avadanlıqsız baxış keçirilməsi | 20 AZN |
| Su sızma təmirində 30% qədər endirim var. |
Termal kameralar sənayenin digər sahələrində istifadə olunduğu kimi, artıq santexnika və digər tikinti sahələrində də istifadə olunur. Santexnika sahəsində əsasən sızmaların aşkarlanmasında və boruların marşrutunu təyin etməkdə istifadə olunur. Yerdən isitmə sistemlərindəki sızmaları təyin etməkdə yaxud deşiləcək yerdən boru keçib-keçməməsini təyin etməkdə, eləcədə digər sızmaları təyin etməkdə əvəzsiz köməkçimizdir.
Su sızmalarının təyini necə edilir?
Su sızmasının tapılması zamanı məkana baxış keçirdikdən sonra istifadə olunacaq cihaz
təyin edilir. Əgər sızıntı istilik sistemindədirsə termal kamera vasitəsi ilə axtarılır,
sızma su xəttlərindədirsə akustik dinləmə cihazı ilə yoxlanılır, sızma kanalizasiya
xətdindədirsə endoskop kamera vasitəsi ilə baxılır. Sistemdə su olmayanda xüsusi aparatla
sistem doldurulur və təzyiq yaradılır sonra sızıntı axtarılır.
Su sızan yer tapıldıqdan sonra üstü açılır və təmir edilir. Təmirdən sonra təkrar
aparatla su vurulur və növbəti dəfə yoxlanılır.
Çox Verilən Suallar (FAQ)
Su sızması ilə bağlı ən çox soruşulan sualları cavablandırırıq
Su sızmasını necə təyin edirsiniz?
Su sızmasını müasir akustik dinləmə cihazı, termal kamera və endoskop kamera ilə 100% dəqiqliklə təyin edirik. Sızıntını tapmazsaq heç bir ödəniş almırıq. Hər bir sızma növünə uyğun avadanlıq seçərək dağıntısız və nöqtəvi təyin edirik.
Su sızması təyini nə qədər vaxt aparır?
Sızmanın yerindən asılı olaraq orta hesabla 30-60 dəqiqə ərzində sızma dəqiq təyin olunur. Mürəkkəb hallarda (boruların dərin yerdə olması, çox qatlı döşəmə və s.) bu müddət 2 saata qədər uzana bilər.
Sızıntı tapılmazsa ödəniş alınır mı?
Xeyr! Sızıntını tapmazsaq heç bir ödəniş almırıq. Bu bizim ən vacib zəmanətimizdir. Sızma axtarışı aparılır, əgər sızma aşkarlanmazsa, heç bir xərc ödəmirsiniz.
Bakıdan kənar rayonlara xidmət göstərirsiniz?
Bəli, Bakı və Azərbaycanın bütün bölgələrinə xidmət göstəririk. Sumqayıt, Gəncə, Şəki, Tovuz, Quba, Xırdalan, Əhmədli, Bərdə, Şəmkir, Qəbələ və digər bütün rayonlara operativ şəkildə çatırıq. Əlaqə saxlayın, ən qısa müddətdə yanınızdayıq.
Termal kamera ilə sızma təyini dəqiqdirmi?
Bəli, termal kamera ilə sızma təyini 100% dəqiqdir. Termal kamera boru içindəki temperatur fərqini görərək sızma nöqtəsini nöqtəvi şəkildə göstərir. Bu üsul dağıntısızdır və sızmanın yerini santimetr dəqiqliyi ilə təyin edir.
Su sızması təmiri nə qədər çəkir?
Sızma yerindən asılı olaraq təmir 1-4 saat arasında tamamlanır. Sızma təyin olunduqdan sonra operativ şəkildə təmir edilir və sistem təkrar sınaqdan keçirilir. Təmir bitdikdən sonra işin keyfiyyətinə zəmanət veririk.
Zəmanət verirsinizmi?
Bəli, bütün gördüyümüz işlərə 6 ay - 1 il arası zəmanət veririk. Zəmanət müddəti işin növündən asılı olaraq dəyişir. Zəmanət müddətində hər hansı problem yaranarsa, pulsuz olaraq yenidən baxış keçiririk.
Hansı avadanlıqlardan istifadə edirsiniz?
Almaniya və ABŞ istehsalı peşəkar avadanlıqlardan istifadə edirik:
- Akustik dinləmə cihazı - səs dalğaları ilə sızma təyini
- Termal kamera (Testo 875) - temperatur fərqi ilə sızma təyini
- Endoskop kamera - boru daxili müayinəsi
- Təzyiq test aparatı - sistemdə təzyiq yaradaraq sızma təyini
Evinizdə və ya iş yerinizdə su sızma şübhəsi varsa və boruların haradan keçdiyini
yaxud sızıntının sizdən yoxsa qonşudan baş verdiyini söküntüdən öncə bilmək üçün
ən yaxşı vasitə bizi dəvət etməkdir. Sızan yer dəqiq təyin olunduqda xərclər və
təmirin verdiyi narahatçılıq minimuma enir. Bizi seçmisinizsə öncədən təşəkkür edirik.
İstilik sistemlərində və kanalizasiya borularında yaranmış problemləri tam dəqiqliklə
təyini mümkündür.
Xidmət Göstərdiyimiz Bölgələr
Bakı və Azərbaycanın bütün bölgələrində su sızma təyini və təmiri xidməti:
Bölgələrdə su sızma xidməti:
- Tovuzda su sızması təyini
- Şəkidə su sızması təyini
- Bərdədə su sızması təyini
- Şəmkirdə su sızması təyini
- Gəncədə su sızması təyini
- Qəbələdə su sızması təyini
- Qubada su sızması təyini
Xankəndi, Şuşa, Laçın və ətraf rayonlarda su sızmasının təyini və operativ təmiri xidmətini göstəririk. Oğuz, Şəki, Qax, Zaqatala və Balakən bölgələrində müasir cihazlarla sızıntıların dəqiq yerini müəyyən edirik. Şamaxı, Ağsu, Ucar, Göyçay, Tovuz, Qazax və digər rayonlarda su sızıntısının axtarılması, aşkar olunması və aradan qaldırılması üçün peşəkar ustalarımız xidmətinizdədir.